İranın kurort adası olacaq

İran Fars körfəzində yerləşən Hendurabi adasını (Sülh adası) turistik şəhərə çevirəcək. Layihə bir neçə il bundan öncə hazırlanıb, lakin ekolojı məsələlərə görə dayandırılıb.

Buna səbəb Hendurabi adasının sahilində bitən böyük mərcan massivləridir. Ətraf Mühitin Mühafizəsi Departamenti mərcanların turist axınından zərər çəkəcəyindən ehtiyyat edirdi.

Layihəni qəbul etmək üçün 60 min mərcan xüsusi mərcan fermasına köçürüldü. Bu köçürmə İrana 320 min dollara başa gəldi.

Qeyd edək ki, mərcanlar 5 il ərzində daimi nəzarət altında qalacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə