Azərbaycanı tərk edən əcnəbilərlə bağlı yeni şərtlər müəyyənləşdirilir
Azərbaycana daxil olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəni tərk etməsi ilə bağlı yeni şərtlər müəyyənləşdirilir. SİA-nın məlumatına görə, bununla bağlı Miqrasiya Məcəlləsinin 38-ci (Elektron vizalar) maddəsinə təklif olunan yeni, 11-ci bənd Milli Məclisdə müzakirəyə çıxarılıb.
Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, turistlərin gəliş-gedişinin asanlaşdırılmasında mühüm addımdır. Yeni bəndə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər (Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya müvəqqəti yaşama icazəsi almış şəxslər istisna olmaqla) ölkəyə daxil olarkən təqdim etdikləri elektron viza əsasında Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Maddəyə edilən digər dəyişiklik isə elektron formada sürətləndirilmiş qaydada müraciət etdikdə belə müraciətlərə 3 saat ərzində baxılmasını təmin etməyin rəsmiləşdirilməsi ilə bağlıdır.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB