Bank BTB DİN əməkdaşları üçün güzəştli kredit kampaniyası elan edir

Bank BTB DİN əməkdaşları üçün güzəştli kredit kampaniyası elan edir

Bank BTB 2 iyul Daxili İşlər Nazirliyi Əməkdaşlarının peşə bayramı münasibəti ilə 1 iyuldan 31 iyuladək güzəştli kredit kampaniyası elan edir.

Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində 3000 manatadək kreditlər zaminsiz veriləcək. Əlavə güzəşt olaraq, kredit 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5000 AZN-dır.

Bank BTB-nın kampaniyasına həm də DİN-in sıralarından təqaüdə çıxmış əməkdaşlarda qoşula bilərlər. Belə ki, güzəştli və zaminsiz “Nağd pul” kreditini Bank BTB-nın Baş ofisindən və bütün filiallarından almaq olar.

Qeyd edək ki, hazırda Bank BTB 10 filial, 7 şöbə və Baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidməti Departamenti ilə təmsil olunur.

Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan "Facebook" səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə