SOCAR prezidentinin müşaviri Fərəməz Rüstəmov vəfat edib. SİA xəbər verir ki, bu barədə dövlət şirkətinin yaydığı elanda deyilir.
“SOCAR-ın rəhbərliyi və baş ofisinin kollektivi şirkətin prezidentinin müşaviri Fərəməz Rüstəmovun vəfətından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər” - deyə, şirkətin məlumatında bildirilir.
Qeyd edək ki, F.Rüstəmov 2007-ci ildə “Əməkdar mühəndis” adı ilə təltif olunub.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB