Formula 1 yarışı turizmin inkişafına böyük təkan verir AÇIQLAMA
İnvestisiyaların həcmi bu il ərzində 10 milyard 161 milyard dollar olub. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan investisiyaların cəlb edilməsində stabilliyi qoruyub saxlayıb: “Nəticədə, xarici investisiyaların cəlb edilməsində stabilliyin qorunub saxlanılması müşahidə olunur. Eyni zamanda, cəlb edilən xarici investisiyaların bir hissəsi neft sektoruna yönləndirilib. Bunlar neft şirkətləri tərəfində yönləndirilən investisiyalardır. İl ərzində 2 milyard 197 milyon dollar kredit cəlb edilib ki, bu da xarici investisiyaların kreditlərin payının artması baxımından diqqəti cəlb edir. Azərbaycan üçün əsas hədəf qeyri- neft sektoruna investisyanın cəlb olunmasından ibarətdir. 2014-cü ildən sonra xarici investisiyaların strukturundakı dəyişikliklər ondan xəbər verir ki, qeyri-neft sektoruna investisiyanın cəlb edilməsi prioritet olaraq qalmaqdadır”.
Vüqar Bayramov qeyd edib ki, bu ilin 4 ayı ərzində turistlərin sayında artımlar nəzərə çarpır: “Bu da Azərbaycanda turizmin inkişafını göstərir. Turizmin inkişafına səbəb olan amillər çoxdur. Bu, əsasən viza sisteminin sadələşdirilməsi, keçirilən beynəlxalq tədbirlərlə bağlıdır.
Birmənalı şəkildə ölkənin təqdimatı vacib amil sayılır. Bu, Azərbaycana gələn turistərin sayına təsir göstərir və artımlar müşahidə edilir. Viza sisteminin sadələşdirilməsi və liberallaşdırılması nəticəsində yanvar ayından etibarən xarici turistlər daha qısa müddət ərzində viza ala bilir. Bu sistem turistər üçün asan olmaqla yanaşı, həm də qiymət baxımından sərf edir. Nəticədə turistin viza alması uzunmüddətli olur və ucuz qiymətə başa gəlir. Ölkəyə gələn turistlərin sayı bu ilin ötən dövrü ərzində 25% artıb. Nəticə etibarilə 2016- cı ilin 5 ay ərzində 768 min turistin gəlibsə, 2017- ci ilin 5 ayı ərzində 956 min turist gəlib. Turistlər birbaşa ölkəyə investisiyadır. Digər sektorlar turistlərin ölkəyə gəlməsindən faydalanır. Belə ki, turizmin inkişafı digər sektorların inkişafına təsir göstərir və ölkəyə cəlb edilən sərmayənin artmasına səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB