İraq qazı kimə qalacaq
İraqın neft naziri Hüseyn-əş-Şəhrastani elan edib ki, oktyabrın 1-də 3 qaz yatağının- "Akkas" ( qərbdə Anbar əyaləti), "Mansuriya" (İraqın şərq hissəsi) və "Siba"(ölkənini cənubu) yataqlarının işlənməsi ilə bağlı tender elan edib. Onun sözlərinə görə, ölkə 45 beynəlxalq şirkətin, o cümlədən "Qaprom"un tenderdə iştirakına icazə verib. SİA-nın məlumatına görə, rusiyalı iştirakçı üçün qarşıda Britaniyanın Royal Dutch Shell, BP, Amerikanın Exxon Mobil, Chevron, ConocoPhillips, Occidental Petroleum, Fransanın Total, İtalyanın Eni, Yaponiyanın Japan Petroleum Exploration Co Ltd kimi şirkətlərlə əməkdaşlıq durur. Tenderə qoyulmuş qaz məntəqələrinin ümumi ehtiyatı 21- milyard kub metr təşkil edir. Onlardan ən böyüyü "Akkas" qaz yatağıdır ki, onun yerin altındakı ehtiyatı 113.3 milyon kub metr xammal təşkil edir. Ardınca "Mansuriya" 93,4 milyon kub metr ehtiyatla ikinci və "Siba" 3 milyard kub metr qaz ehtiyatı ilə üçüncüdür.
Xarici şirkətlər tərəfindən xammal hasilatının ilk olaraq elektrostansiyaya göndərilməsi, bundan başqa digər daxili ehtiyaclar üçün işlədilməsi və yalnız bundan sonra qismən ixracı gözlənilir. İraq hökuməti şirkətlərə 20 illik müqavilə təklif etməyə hazırdır, bu müqavilənin şərtləri 2009-cu ildə neft məntəqələrinin işlənməsi ilə bağlı auksion qalibləri üçün təklif edilmiş müqavilə ilə təxminən eyni olacaq. İraqın zəif inkişaf etmiş qaz sənayesini nəzərə alaraq (qazın sutkalıq həcmi 46,4 milyon kub metr təşkil edir) hesab etmək olar ki, Rusiya şirkəti ciddi şəkildə İraqın qaz bazarına daxil olmağa və burada əsas iştirakçılardan olmağa çalışacaq.
Demək lazımdır ki, "Qazprom"un və o cümlədən tenderdə iştirak edəcək digər xarici şirkətlərin potensiallı maraqlarına İraq Kürdüstanındakı zəngin mavi yanacaq mədənləri də daxildir. Halbuki bu ərazidə olan yataqlar tenderə daxil edilməyib. Yəqin bu ölkənin baş naziri Nuri-əl-Məlikinin hökumətin yeni yataqlara xarici şirkətləri cəlb etməyəcəyi ilə bağlı açıqlaması ilə əlaqədardır. Onun dediyinə görə, məqsəd xarici oyunçulardan ciddi asıllıqdan qaçmaqdır. Siyasi xadim onu da bildirib ki, tenderə daxil olmayan digər yataqları İraq özü işləyəcək. Bunun üçün bu ilin yazında İraqın Nazirlər Kabineti neft hasilatı ilə bağlı 4-cü şirkətin yaradılması ilə bağlı qərar imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə