Bu sözlər Astarada ağsaqqallarla görüşdə səslənib
İyunun 17-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayon ağsaqqalları ilə görüşü olub. SİA-nın məlumatına görə, RİH-nin başçısı ağsaqqalları salamlayaraq, dəvəti qəbul edib görüşə gəldiklərinə görə minnətdarlıq edib. Bildirib ki, ötən müddət ərzində Azərbaycan dövləti yüksək inkişaf etdiyi kimi ayrı-ayrı bölgələri, o cümlədən Astara rayonu da görülən tikinti-quruculuq işləri sayəsində simasını xeyli dəyişib, abad bir məkana çevrilib.
Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Astara şəhər sakini Həbib Rəsulov, Ərçivan qəsəbə sakini Xanlar Əliyev, Motlayataq kənd sakini Ramiz Gənciyev, Kijəbə qəsəbə sakini Kamil Kamilov, Maşxan kənd sakini Qadir Məmmədov və başqaları çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin dünyada tanınması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətdən, eyni zamanda gənc, müstəqil respublikamızı yüksək inkişaf yoluna çıxarmasından məmnun olduqlarını bildirib, bundan qürur duyduqlarını söyləyiblər. Qeyd olunub ki, şəhər, qəsəbə və kəndlərdə çoxsaylı tikinti-quruculuq, abadlıq işləri görülüb, Astara Boks Mərkəzi inşa edilib, rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılıb, şəhərdə ilk çoxmərtəbəli ictimai yaşayış binası tikilib, “Astaraçay” MMC-nin çay fabriki, onlarla məktəb binası, tibb müəssisəsi, inzibati binalar tikilib, çoxmənzilli ictimai yaşayış binaları əsaslı təmir edilərək istifadəyə veriilib, on kilometrlərlə avtomobil yolu asfaltlaşdırılıb, körpülər salınıb, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində digər tədbirlər həyata keçirilib.
Cənab Prezident tərəfindən Astara rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar təkcə son beş ildə 8 Sərəncam imzalanıb. Bu Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülüb, yüzlərlə yeni iş yerləri açılıb. Ərçivan kəndinə qəsəbə adı verilmiş, burada Boks Mərkəzi inşa edilmişdir. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə, Deqədi-Pəlikəş yolu asfaltlaşdırılmış, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun yenidən qurulması davam etdirilir.
Rayon ərazisində ümumilikdə 100 km-dən çox avtomobil yolu, o cümlədən, Astara şəhərində, Ərçivan qəsəbəsi, Səncərədi, Şiyəkəran, Çayoba, Rudəkənar, Seləkəran, Kolatan, Siyaku, Vaqo, Şağlazüzə, Təngərüd, Ojakəran, Burzubənd və Şahağac kəndlərində yollar asfaltlaşdırılıb. Şiyəkəran, Şəmətük, Siyaku və Pəlikəş kəndlərində 8 avtomobil körpüsü salınıb.
40-dan çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, Kijəbə qəsəbə və Pensər kənd sahə xəstəxanaları əsaslı təmir edilib, Pəlikəş sahə xəstəxanası üçün yeni bina inşa edilib.
Rayonun 37 yaşayış məntəqəsi tam qazlaşdırılıb, bu da 77,2 % təşkil edir.
İcra başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməli tədbirlərin görüldüyünü, əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırıb.
Bu il rayonda ümumilikdə 2200 ha sahədə əkin aparılıb. Son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən rentabelli sahələrindən biri olan çəltik əkini aparılan maarifləndirmə izahat işləri və göstərilən dəstək sayəsində 450 hektara çatdırılıb. Gələcəkdə çəltik əkininin 1000 hektara çatdırılması üçün tədbirlər həyata keçirilir.
İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan İcra başçısı qeyd edib ki, bizim borcumuz ölkə rəhbərinin ətrafında sıx birləşərək doğma Vətənimizin daha da inkişaf edərək çiçəklənməsinə öz xidmətimizi göstərməkdən ibarətdir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB