Neft Konqresində hansı məsələlər müzakirə ediləcək? AÇIQLAMA
“Ümumdünya Neft Konqresi 3 ildən bir bazar iştirakçıları tərəfindən keçirilən beynəlxalq tədbirdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, bu konqresin keçirilməsi təşəbbüsü 1933-cü ildə əsası qoyulan Beynəlxalq Neft Şurasına (World Petroleum Council) məxsusdur: “Azərbaycan 2006-cı ilin sentyabrından onun üzvüdür. Hazırda World Petroleum Councilin 65 üzvü var.
İstanbulda keçiriləcək Konqresdə gündəlikdə 4 mövzu olacağı gözlənilir. Bunlar aşağıdakılardır:
1) Dünyada neft və qazın hasilatı;
2) Neft emalı, neft kimyası, nəqliyyat və marketinq məsələləri;
3) Təbii qaz: hasilat texnologiyaları, nəqliyyat və bazarlar;
4) Menecment, kadr siyasəti, informasiya texnologiyalarının tətbiqi və təhlükəsizlik sistemləri;
Mövzulardan göründüyü kimi, Azərbaycan üçün Konqresdə qoyulan bütün məsələlər aktualdır və orada iştirak edəcək Azərbaycan nümayəndə heyətini başda SOCAR prezidenti Rövnəq Abdullayev olmaqla, bu sahələrdə yeni texnologiyaların tətbiqi, eləcə də Azərbaycanın Xəzərdə əldə etdiyi uğurları bazar iştirakçıları ilə bölüşməsi maraq dairəsində olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB