Dünya şöhrətli alim Qərb Universitetinin fəxri professoru oldu

Dünya şöhrətli alim Qərb Universitetinin fəxri professoru oldu

Dünya şöhrətli riyaziyyatçı alim, fizika-riyaziyyat elmlər doktoru, professor Məsud Əfəndiyev Qərb Universitetində mühazirə ilə çıxış edib. SİA-nın məlumatına görə, Qərb Universitetinin rektoru, professor Andris Leitas qonağı təqdim edib, tanınmış alim barədə məlumat verib.

M.Əfəndiyev Qərb Universitetinin yaxşı ənənələri olduğunu qeyd edərək dəvətə görə təşəkkür edib.

Professor “Universitetlərin inkişaf strategiyasında beynəlxalq əməkdaşlığın rolu” mövzusunda mühazirəsində dünyanın aparıcı universitetlərinin təcrübəsi ilə bağlı nümunələri diqqətə çatdırıb, tədrisin keyfiyyətinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Daha sonra qonaq müəllim və tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonra professor Məsud Əfəndiyevə Qərb Universitetinin “Fəxri Professoru” diplomu təqdim olunub.

Qeyd edək ki, M.Əfəndiyev dünyanın bir çox aparıcı universitetlərində mühazirələrlə çıxış edir. Azərbaycanlı alim dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan“Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatıdır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə