28 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib

28 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün "Azəriqaz" İB tərəfindən cari ilin yanvar-may ayları ərzində 951,8 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 79,4 km qaz kəməri əsaslı təmir olunub. İB-dən SİA-ya verilən məlumata görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Masallı və Ağstafa rayonları üzrə 28 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir", - deyə məlumatda vurğulanıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə