Natiq Əliyev: “Azərbaycan, Rumıniya və Gürcüstan birgə müəssisə yaradacaqlar” - MÜNASİBƏT
Azərbaycan, Rumıniya və Gürcüstan "AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə müştərək müəssisə yaradılacaqlar. SİA-nın verdiyi xəbərə görə, bu barədə sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə verdiyi açıqlamasında deyib. O bildirib ki, belə bir təklif bu gün Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirlərinin AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsi üzrə Bakı Bəyannaməsinin layihəsini müzakirəsi zamanı irəli sürülüb. Onun sözlərinə görə, yaradılacaq şirkət AGRİ layihəsinin texnki-iqtisadi əsasnaməsini hazırlayacaq.
"Bunun əsasında biz biləcəyik ki, layihəyə nə qədər kapital qoyuluşu olacaq, nə qədər xərc çıxacaq. Eyni zamanda biz layihənin hansı həcmdə optimal olaraq ən yüksək gəlirinə nail olacağını biləcəyik. Müzakirələr zamanı rumıniyalı nazir yeni yaradılacaq şirkətin əsasnaməsini yenidən müzakirə edilməsi təklifini irəli sürüb. Bu məqsədlə də həmin əsasnamənin təsdiq edilməsi üçün Buxarestdə də görüş keçirilməsi planlaşdırılır. Görüşün oktyabrın ilk on günlüyündə keçirilməsi nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB