Naxçıvanda 134 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verilib
Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas məqsədi özəl sektorun inkişafı, biznes fəaliyyəti üçün əlverişli mühitin yaradılmasından ibarətdir. Sevindirici haldır ki, bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatda və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə olunan pozitiv meyillər özünü göstərməkdə davam edir.
Özəl bölmənin inkişafında, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığa Kömək Fondunun işinin səmərəli təşkili xüsusilə əhəmiyyətlidir. Fondun məqsədi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına kömək göstərməkdən, onlara maliyyə dəstəyi verməkdən ibarətdir.
Fondun vəsaitlərinin daha çox yönəldiyi sahələrdən biri də dünya ölkələrinin qabaqcıl təcrübəsinin Naxçıvana gətirilməsi, muxtar respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal və infrastruktur sahələrinin yaradılmasıdır. Yeni texnologiyalara əsaslanan investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi sahəsində işlər 2017-ci ilin ötən dövründə də davam etdirilib, 11 layihənin maliyyələşdirilməsinə müvəkkil kredit təşkilatları vasitəsilə 335 min 900 manat vəsait sərf olunub. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilib.
Son illər aqrar sahənin inkişafına dövlət dəstəyi xeyli artıb, kənd təsərrüfatında sahibkarlığın təşviq olunması istiqamətində bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilib. Fond tərəfindən maliyyələşdirilmiş layihələr digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsini də əhatə edib. Dövlət maliyyə dəstəyi göstərilmiş layihələr üzrə kənd yerlərində kiçik müəssisələrin yaradılmasına, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, daxili tələbatın yerli istehsal hesabına daha dolğun və etibarlı ödənilməsinə nail olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, həyata keçirilən layihələrdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı əsas götürülüb, bu təminatda başlıca rol oynayan kənd təsərrüfatında 8 layihənin maliyyələşdirilməsinə 180 min 900 manat yönəldilib. Bəhs olunan dövrdə kənd təsərrüfatı sahəsində heyvandarlıq üzrə 5 layihənin maliyyələşdirilməsinə 125 min 500 manat, quşçuluq üzrə bir layihənin maliyyələşdirilməsinə 17 min manat, arıçılığın inkişafı üzrə bir layihənin maliyyələşdirilməsinə 5 min manat, kənd təsərrüfatı texnikasının alınması, əkin işlərinin aparılması üzrə bir layihənin maliyyələşdirilməsinə 33 min 400 manat vəsait verilib.
Sahibkarlığa Kömək Fondunun xətti ilə bu günə qədər 1230 layihə üçün, ümumilikdə, 134 milyon manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər daha çox kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılıb. Həmin vəsait hesabına on minlərlə iş yeri, yüzlərlə müəssisə yaradılıb, bir sözlə, özəl sektorun inkişafı üçün yeni imkanlar açılıb.
Muxtar respublikada qadınların iqtisadi sferada fəallığının artırılması məqsədilə müxtəlif həvəsləndirici və təşviqedici tədbirlər görülür. Qadınların biznes sahəsində fəaliyyət göstərməsi üçün güzəştli kreditlərin verilməsi, onların sahibkarlığa cəlb olunması belə tədbirlərdəndir. Bunun nəticəsidir ki, son illərdə qadın sahibkarların sayının artması müşahidə olunur. 2000-2016-cı illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən qadın sahibkarlara 1 milyon 500 min manat həcmində kredit verilib. Bundan başqa, fond sahibkarlığın inkişafına dövlət dəstəyinə dair təşkil etdiyi tədbirlər çərçivəsində qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə onların məşğulluğunun təmin edilməsi məqsədilə daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlayır və onları sahibkarlara təqdim edir.
Sahibkarlar, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər muxtar respublikada özəl bölmənin inkişafı üçün yaradılan şəraitdən, əlverişli biznes mühitindən yararlana, dövlətin maliyyə vəsaitlərindən güzəştli qaydada istifadə etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığa Kömək Fonduna müraciət edə bilərlər.
Muxtar respublikada formalaşan azad sahibkarlıq mühiti ölkəmizin sosialiqtisadi inkişafına böyük töhfə verir. Eyni zamanda, iş adamları hər addımda dövlətin dəstəyini hiss edirlər. Məhz dövlət dəstəyi və əlverişli biznes mühiti sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla muxtar respublikamızın inkişafına mühüm təsir göstərir. Qeyd etməliyik ki, sahibkarlar da dövlət dəstəyinə adekvat olaraq öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir, muxtar respublikamızın inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması işində fəal iştirak edirlər.
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



