Vüqar Bayramov: "2018 - ci ildə yenidən iqtisadi artım baş verəcək" AÇIQLAMA
“2017- ci il Azərbaycanda ümumdaxili məhsulda azalma qeydə alınsada qeyri-neft sektorunda ümumi daxili məhsulunda artımlar vardı”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, eyni zamanda ümumi daxili məhsuldakı azalma Azərbaycanda neft sektorundakı azalma ilə bağlıdır: “Belə ki, Azərbaycanın OPEK qarşısında öhdəliyi neft hasilatına təsir göstərir. 2017- ci il iqtisadiyyatın stabilləşdirilməsi kimi yadda qala bilər. 2018-ci ildə isə beynəlxalq maliyyə qurumları, o cümlədən Dünya Bankı Azərbaycan üçün artım proqnozlaşdırıb, ümumdaxili məhsulda artımın olacağı məhz bu il gözlənilir.
Bu isə qeyri-neft sektorunun inkişafından asılı olacaq. 2018 - ci ildə yenidən iqtisadi artım bərpa ediləcək”.
Vüqar Bayramov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olmaq üçün azad iqtisadi zonanın yaradılması və ölkəmizin digər bölgələrində də bu prosesin davam etdirilməsinə ehtiyac var: “Azad iqtisadi zonalar, iqtisadi artıma nail olunması baxımından çox vacib vasitə ola bilər: “Bu, yeni investisiyaların cəlb edilməsinə də imkan yaradar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB