Media nümayəndələri Qax-Şəki zonasına səfər ediblər

Media nümayəndələri Qax-Şəki zonasına səfər ediblər

İyunun 6-da Kənd Təsərrüfatı Nazirliyi media nümayəndələrinin ölkəmizdə baramaçılıq sahəsində görülən işlərlə tanışlıq məqsədilə Qax-Şəki zonasına səfərini təşkil edib.

Səfər zamanı jurnalistlər Qax Damazlıq İpəkçilik Stansiyasında olub, kümçülərlə baramaçılarla görüşüblər, yeni salınmış tut bağlarına baxış keçiriblər.

Media-tur iştirakçıları Şəki-İpək ASC-nin fəaliyyəti ilə tanış olub, eləcə də kümçülərdən hazır barama məhsulu qəbulu prosesini izləmək imkanı da əldə ediblər.

Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyi Çin Xalq Respublikasından 6000 qutu yüksək keyfiyyətli barama toxumu tədarük edərək, əvəzsiz olaraq kümçülərə paylayıb. Hazırda barama məhsulunun kümçülərdən qəbulu davam edir və bugünkü tarixədək 75 tondan artıq barama tədarük edilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə