2010-cu ildə əsas mövzusu "Enerji" müəyyən olunmuş İzmir Beynəlxalq Sərgisində (İEF) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti də yer alıb. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sərgidə tərtib olunan stenddə SOCAR-ın fəaliyyəti haqqında ziyarətçilərə ətraflı məlumat verilib. SOCAR-ın stendini ziyarət edən "Petkim"in Baş Direktoru Hayati Öztürk bildirib ki, hazırda ARDNŞ "SOCAR-Turcas" Birgə Müəssisəsinin tərkibində Türkiyənin ən iri neft-kimya müəssisəsi olan "Petkim" şirkətinin idarəçiliyini həyata keçirir. Bu 2 ölkə arasında qardaşlıq əlaqələrinin iqtisadi sahədə də davam etdiyini göstərir. Dünyada rəqabətli istehsal üçün enerjinin böyük əhəmiyyət daşıdığına diqqət çəkən Öztürk, İEF-in bu ilki mövzusunun "enerji" olmasının bu baxımdan əhəmiyyətini qeyd edib. Sərgidə ARDNŞ-ni Elm və texnika şöbəsinin müdiri Nazim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bildirilib ki, 1994-cü ildən Bakı ilə qardaşlaşmış şəhər İzmirdə təşkil olunan sərgi yerli əhalidə SOCAR haqqında ətraflı məlumat toplamaqda yardımçı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB