Bu il daha 2 faiz artım nəzərdə tutulur

Bu il daha 2 faiz artım nəzərdə tutulur

ABŞ Mərkəzi Bankının Dallas şöbəsinin sədri Robert Kaplan, bu il Fed-in faizi daha 2 dəfə artıra biləcəyini söyləyib. Kaplan Fedin 4.5 trilyon dollarlıq balansının kiçildilməsi prosesinin də başlaması lazım olduğunu ifadə edib. Kaplanın sözlərinə görə, "Faiz mərhələli şəkildə aparılmalıdır". Son iqtisadi göstəricilər məsələsində narahat olduğunu dilə gətirən Kaplan, yenə də bu il iqtisadi inkişafın 2% ola biləcəyini, 3%-ə çatması üçün məhsuldarlıq artımı olması lazım olduğuna diqqəti çəkib. Kaplan artan məşğulluğun inflyasiyanı artıracağını ifadə edib.

Kaplanın bu il FOMC-da səsvermə hüququ var. Fed, faizlərini Mart ayında 25 bənd artırmış, May ayında isə dəyişməmişdi. Fed-in növbəti toplantısı 14 İyunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə