Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın iclası keçiriləcək AÇIQLAMA

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın iclası keçiriləcək AÇIQLAMA

"İyunun əvvəli Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək". Bu sözləri SİA-ya açıqlamasında İctimai Şuranın koordinatoru Osman Gündüz deyib. Onun sözlərinə görə, toplantıda yerli icra orqanlarının rəsmi internet resurslarına verilən tələblər, onların göstərdiyi sosial əhəmiyyətli və populyar olan xidmətlərin elektron formaya keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq: "Həmçinin, iclasda yerli icra orqanlarının ictimai və sosial əhəmiyyət kəsb edən xidmətləri haqqında məlumat təqdim olunacaq. Maraqlı tərəflərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan toplantının yekununda yerli icra orqanlarının rəsmi internet resurslarının strukturu və burada açıqlanması məcburi olan ictimai əhəmiyyətli informasiyaların siyahısı, həmçinin də ilk növbədə elektron formaya keçirilməsi nəzərdə tutulan yerli dövlət xidmətləri ilə bağlı təkliflərin hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə tutulub. Ötən il İctimai Şuranın toplantısında regionlarda elektron hökumət quruculuğu məsələsi müzakirə edilərək təkliflər hazırlanıb və hökumətə təqdim edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə