Bakıda "Yüksək səviyyəli statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair" sub-regional seminar başlayıb. SİA-nın məlumatına görə, seminarda BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutu, MDB Dövlətlərarası Statistika Komitəsi, İslam Əməkdaşlıq Təşkilatı, İslam Ölkələrinin Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi, Almaniya, Belarus, Bolqarıstan. Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri iştirak edir.
Seminar 2 gün davam edəcək. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli, əlçatan, vaxtlı-vaxtında verilən, etibarlı və təfsilatlı məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malikdir. O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma vəziyyətinin qiymətləndirilməsi üçün informasiya təminatının həyata keçirilməsi statistiklərin üzərinə yeni vəzifələr qoyur: "Dövlət qurumlarının reyestr bazaları Dövlət Statistika Komitəsinin reyestr bazasına inteqrasiya olunmalıdır. Bunun üçün beynəlxalq qurumlarının dəstəyinə böyük ehtiyac var".
Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən seminarın qarşıya qoyduğu məqsədlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycan öz iqtisadiyyatını artırıb və inkişaf etdirib: "Azərbaycan minilliyin inkişafı sayəsində inkişafa nail olmuş çox azsaylı ölkələrdən biridir. Bu illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi doqquz dəfə aşağı düşüb həmçinin, insanların işlə təminatı sahəsində böyük işlər görülüb. Azərbaycanda 1,6 milyon yeni iş yerləri açılıb. Minilliyin inkişaf çərçivəsində böyük uğurlar əldə edilib. Neftdən asılılığın azaldılması kimi vacib məqsədimiz var. Azərbaycan böyük məmnuniyyətlə Dayanıqlı İnkişaf üzrə Proqramına qoşulub. BMT-nin qəbul etdiyi proqram çərçivəsində Azərbaycan öz iqtisadi-sosial həyatında yeni bir mərhələyə gələcək. Dayanıqlı inkisaf məqsədlərinin həyata keçirilməsi yeni hədəflər irəli sürür, həmçinin məlumatların əldə olunması müasir texnologiyalarla həyata keçirilməsi qarşıda duran dövr ərzində geniş rol oynayacaq. Qlobal vəzifələrin həyata keçirilməsi üçün qlobal məhsuldarlıq geniş rol oynayır. Keçirilən seminarın əhəmiyyətlərindən biri də etibarlı təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Milli Statistika Komitəsi son dövrlərdə inkişaf yolu keçir. Müasir metodları mənimsəyir, öz töhfələrini verir. Seminar qarşıya qoyduğu məqsədlərə çatacaq. Dayanıqlı inkişafdan irəli gələn vəzifələri, hədəfləri komitə müəyyənləşdirəcək. Azərbaycan son 15 ildə daha da inkişaf edib, müasir simasını formalaşdırıb. İnanıram ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün uğurlu konsepsiya ortaya qoyulacaq".
Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, 2030-cu ilə qədər yoxsulluğa son qoymaq üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 17 məqsəd müəyyənləşdirilib: "Ölkənin demoqrafik balansının inkişafı bir çox məsələlərin həlli statistik göstəricilərin izlənilməsindən irəli gəlir. Qeyd etmek istərdim gender bərabərliyin genişləndirilməsi üçün mühüm işlər görülüb. Ailənin inişafı, usaqlarımızın saglam savadlı boyuməsi üçün dövlət daim qayğı göstərir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə aztəminatlı ailələr xüsusi qayğı ilə əhatə olunub".
BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İshakzai Dayanıqlı İnkişaf Məqsədlərinə heç kəsin kənarda qalmamalı olduğunu vurğulayıb: "Bunun üçün rəsmi statistikanın önəmi böyükdür. İnanıram ki, Azərbaycanda bu sahələrdə görülən işlər barədə məlumatlar, statistika UNİCEF vasitəsi ilə BMT-yə çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB