Əli Əhmədov: "Neftdən asılılığın azaldılması vacib məsələlərdəndir" TƏDBİR

Əli Əhmədov: "Neftdən asılılığın azaldılması vacib məsələlərdəndir" TƏDBİR

Bakıda "Yüksək səviyyəli statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair" sub-regional seminar başlayıb. SİA-nın məlumatına görə baş nazirin müavini Əli Əhmədov seminarın qarşıya qoyduğu məqsədlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycan öz iqtisadiyyatını artırıb və inkişaf etdirib: "Azərbaycan minilliyin inkişafı sayəsində inkişafa nail olmuş çox azsaylı ölkələrdən biridir. Bu illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi doqquz dəfə aşağı düşüb həmçinin, insanların işlə təminatı sahəsində böyük işlər görülüb. Azərbaycanda 1,6 milyon yeni iş yerləri açılıb. Minilliyin inkişaf çərçivəsində böyük uğurlar əldə edilib. Neftdən asılılığın azaldılması kimi vacib məqsədimiz var. Azərbaycan böyük məmnuniyyətlə Dayanıqlı İnkişaf üzrə Proqramına qoşulub. BMT-nin qəbul etdiyi proqram çərçivəsində Azərbaycan öz iqtisadi-sosial həyatında yeni bir mərhələyə gələcək. Dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi yeni hədəflər irəli sürür, həmçinin məlumatların əldə olunması müasir texnologiyalarla həyata keçirilməsi qarşıda duran dövr ərzində geniş rol oynayacaq. Qlobal vəzifələrin həyata keçirilməsi üçün qlobal məhsuldarlıq geniş rol oynayır. Keçirilən seminarın əhəmiyyətlərindən biri də etibarlı təcrübə mübadiləsinin aparılmasıdır. Azərbaycan Milli Statistika Komitəsi son dövrlərdə inkişaf yolu keçir. Müasir metodları mənimsəyir, öz töhfələrini verir. Seminar qarşıya qoyduğu məqsədlərə çatacaq. Dayanıqlı inkişafdan irəli gələn vəzifələri, hədəfləri komitə müəyyənləşdirəcək. Azərbaycan son 15 ildə daha da inkişaf edib müasir simasını formalaşdırıb. İnanıram ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün uğurlu konsepsiya ortaya qoyacaqsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə