Şərqdə ilk demokratik respublika - Azərbaycan AÇIQLAMA

Şərqdə ilk demokratik respublika - Azərbaycan AÇIQLAMA

"Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlərdən biri 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. Onun sözlərinə görə, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu: "Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığını dünyaya bəyan etdi. Lakin Azərbaycanın müstəqilliyi 23 ay davam etdi, müstəqillik ideyası unudulmadı. Həmin ideyalar Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin polad iradəsi və qətiyyəti, müdrik siyasəti sayəsində təmin olundu, dövlətçiliyimizin möhkəm əsasları yaradıldı. Müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, çox böyük iqtisadi və siyasi nailiyyətlərə imza atır. Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalamaqla müstəqilliyimizin dönməzliyini, əbədiliyini dünya miqyasında bir daha nümayiş etdirdi və bu Sərəncam Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə