"28 may tarixi Azərbaycanın azadlıq və müstəqillik tarixində əlamətdar, hər bir azərbaycanlı üçün ən əziz, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu bir gündür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Regional məsələlər Komitəsinin üzvü Kamran Bayramov deyib. Onun sözlərinə görə, bu bayram respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunur, yenidən yaşanır və öz əbədiliyini qazanmaqdadır: "Azərbaycanın müasir tarixində müstəqilliyimizin, milli dövlətçiliyimizin qorunub saxlanılması təbii ki,
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır, onun möhkəmləndirilməsi üçün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hərtərəfli tədbirlər görülür, ciddi addımlar atılır. Cənab Prezident tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamın imzalanması da məhz qeyd edilən məqsədə xidmət edir, bu əlamətdar yubileyin respublikada dövlət səviyyəsində geniş şəkildə qeyd edilməsini və bu tarixi günün əbədiləşdirilməsini nəzərdə tutur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB