"Müsəlman aləmi daim birlik, həmrəylik nümayiş etdirməlidir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları zamanı biz bütün dünyaya bu həmrəyliyi nümayiş etdirdik: "Bizim idmançılar bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Nəzərə alsaq ki, bu oyunlarda 50-dən çox ölkə iştirak edirdi və ölkələr ən peşəkar idmançılarını bu oyunlara göndərmişdilər. Bu hadisəni böyük tarixi qələbə adlandırmaq olar. Bu oyunlar bir daha sübut etdik ki, Azərbaycan idman sahəsində də öz sözünü deməkdədir. Elə bunun nəticəsidir ki, idmançılara cəmiyyətdə çox xoş münasibət və hörmət var. Hər bir Azərbaycan vətəndaşı idmançılarımızın uğurlarını dəyərləndirir və fəxr edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB