Dünya Bankının Rəhbər Komitəsinin iclası keçirilib

Dünya Bankının Rəhbər Komitəsinin iclası keçirilib

Bu günlərdə Parisdə Dünya Bankı Qrupunun "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlığı"nın (GGFR) Rəhbər Komitəsinin iclası keçirilib. SOCAR-dan SİA-ya verilən məlumata görə, iclasda SOCAR-ı ekologiya üzrə vitse-prezident Rəfiqə xanım Hüseynzadə təmsil edib. Görüşdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində şirkətin ötən dövr ərzində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib, perspektiv planlar müzakirə olunub.

Qeyd edək ki, SOCAR 2008-ci ildən "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq", 2014-cü ildən isə Dünya Bankı tərəfindən hazırlanmış "2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi" təşəbbüslərinə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə