SOCAR-ın vitse-prezindenti Dünya Bankının Rəhbər Komitəsinin iclasında iştirak edib

SOCAR-ın vitse-prezindenti Dünya Bankının Rəhbər Komitəsinin iclasında iştirak edib

SOCAR-ın ekologiya üzrə vitse-prezindenti Dünya Bankının Rəhbər Komitəsinin iclasında iştirak edib.

SİA-nın verdiyi məlumata görə, şirkətin mətbuat xidmətindən bildirilib ki, bu günlərdə Parisdə Dünya Bankı Qrupunun "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlığı"nın (GGFR) Rəhbər Komitəsinin iclası keçirilib. İclasda SOCAR-ı ekologiya üzrə vitse-prezindent Rəfiqə Hüseynzadə təmsil edib. Görüşdə Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində şirkətin ötən dövr ərzində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib, perspektiv planlar müzakirə olunub.

SOCAR 2008-ci ildən "Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq", 2014-cü ildən isə Dünya Bankı tərəfindən hazırlanmış "2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi" təşəbbüslərinə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə