Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

Azərbaycan nümayəndə heyəti Çinə gedəcək

Mayın 14-də Çinin paytaxtı Pekin şəhərində "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Yüksək Səviyyəli Forum keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.

Forumda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə