SİM kartların başqasına verilməsinə qadağa qoyulacaq. Bunu SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, bu, müəyyən problemlər yaradacaq: "Ailələrin əksəriyyətində uşaqların işlətdikləri nömrələr, həmçinin xeyli sayda yaşlı sakinlər var ki, onların işətdikləri nömrələr və hüquqi şəxslərə aid nömrələr tamamilə başqa şəxslərin adına sənədləşdirilib.
Əgər Qanun layihəsi heç bir ictimai müzakirə olmadan bu formada qəbul olunacaqsa, deməli yeni cərimələrdən yayınmaq mümkün olmayacaq. SİM kartların əldə edilməsinin bəlli bir mexanizminin olması, məlum olan yerlərdə satılması cəmiyyətin təhlükəsizliyi və cinayətlərin qarşısının alınması daha effektiv formada əldə edilməsi baxımından anlaşılandır. Lakin, texnologiyaların indiki inkişaf mərhələsində təhlükəsizliyin təmin edilməsi məqsədilə mobil nömrələrə qarşı bu cür sərt yanaşmanın elə də effektiv olacağını düşünmürəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB