Macarıstanın mədəni və elmi diplomatiya üzrə dövlət naziri İştvan İygyarto Bakı Şopinq Festivalını turizmin inkişafı baxımından çox vacib layihə adlandırıb.
Macar nazir festival haqqında belə deyib: "Bakı Şopinq Festivalı kimi layihələr ölkə turizminin inkişafı baxımından çox vacibdir. Bu, eyni zamanda, ölkə iqtisadiyyatının çox əhəmiyyətli və sürətlə inkişaf edən sektorudur. Ölkə mədəniyyətini təşviq etmək üçün ölkəyə turist axını cəlb etmək lazımdır. Turistlər səyahətlə yanaşı, teatr və muzeylərə, restoranlara gedir, həmçinin şopinq edirlər. Ən əsası isə öz istirahətləri üçün çoxlu pul xərcləyirlər, bundan isə sizin ölkəniz qazanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB