Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, tədbirdə əvvəlcə Ulun öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanın memarı Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib. Bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışıb.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərdiyini vurğulayıb.

Sonra Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqəyə 46 KİV tərəfindən 84 material təqdim edilib. Təqdim olunan süjet və məqalələr İqtisadiyyat Nazirliyində yaradılan və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Qeyd edək ki, mükafat alanlar arasında Səs İnformasiya Agentliyinin (SİA.az) əməkdaşı ilə yanaşı "Yeni Azərbaycan" "Kaspi", "İki Sahil" "Palitra" qəzetləri, eyni zamanda "APA", "Trend", "Azərtac", "Azvision.az" və s mətbu orqanları təmsil edən bir sıra jurnalistlər nazirlik tərəfindən diplomlara və mükafatlara layiq görülüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB