1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub

1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub

Aprel ayında ölkə enerjisi sistemində 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. SİA xəbər verir ki, bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.

"Azərenerji" ASC tərəfindən aprel ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,769 milyard kilovat-saatdır.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

"Azərenerji" ASC tərəfindən 2017-ci ilin ilk 4 ayı ərzində istehsal edilən elektrik enerjisinin həcmi 7,897 milyard kilovat-saatdır. Ötən ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 milyard-kilovat-saat olub.

Qeyd edək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə