Bu dəmiryolu Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirir AÇIQLAMA

Bu dəmiryolu Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirir AÇIQLAMA

"Azərbaycan və İran arasında əlaqələr qədim zamanlardan mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, müstəqil Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələrin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və inkişaf etdirilib: "Hazırda Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən iqtisadi və siyasi əlaqələr uğurla inkişaf etdirilir. Son vaxtlar Astara - Rəşt dəmiryol xəttinin çəkilişi başa çatdırılıb. Bu dəmiryolu işə düşərsə mövcud iqtisadi əlaqələrimiz daha da inkişaf edəcək, hər iki qonşu ölkənin qarşılıqlı nəqliyyat əlaqələrinin genişlənməsinə səbəb olacaq. Astara -Rəşt dəmiryol xəttinin açılışı isə Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyatla gediş-gəlişi təmin edəcək. Həmçinin bu dəmiryolu xətti işə düşərsə İranın ipək yolu xəttinə çıxışı təmin olunacaq, tikintisinin tez bir zamanda tamamlanmasında İran dövləti maraqlıdır. Bu dəmir yolu Orta Asiya və Avropa ölkərinin Fars Körfəzi və Hind okeanına çıxışına, eləcə də İranın şimal bölgəsini cənub bölgəsinə birləşdirir. Bundan başqa, İran bu dəmir yolu vasitəsi ilə Orta Asiya, Qafqaz və Avropaya birləşir. Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub dəhlizinin bir hissədir. Bu, xətt eyni zamanda Azərbaycan, İran və Rusiya dəmir yollarını da birləşdirir".

Bütün xəbərlər Facebook səhifəmizdə