Xəzər rayonunda "Heydər Əliyev və İslam Həmrəyliyi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xəzər İnkişaf Fondunun direktoru Elmar Mədətov və digər ziyalılar iştirak edib.
.jpg)
Tədbiri giriş sözü ilə, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov açıb. O bildirib ki, 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsinin İslam dünyasına çağırışdır. İslam ölkələrinin həmrəyliyi insani münasibətlərin qurulması üçün çox mühüm amildir və bu, cəmiyyətdə multikulturalizmi və sabitliyi təmin edir.
Daha sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı çıxış edib. Onun sözlərinə görə, müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən Ulu Öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Ulu Öndər hər zaman Azərbaycan xalqının inkişafında və düşüncəsində cəmiyyəti müsbət mənada istiqamətləndirən ideya ilə çıxış edib. Azərbaycanda "Multikulturalizim ili" və "İslam Həmrəyliyi ili" elan edilməsi Azərbaycanın dinə olan gözəl münasibəti və tolerantlığıdır. Azərbaycancanda məhzəblər arasında heç vaxt qarşıdurma olmayıb. Amma digər ölkələrədə bu problem yaşanır, hətta müharibəyə gətirib çıxarır.

"İki sahil" qəzetinin baş redakoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, Azərbaycan dövləti iqtisadi və siyasi gücünə görə dünya dövlətləri arasında öz sözünü deyib. Onun sözlərinə görə, Bu ilin "İslam Həmrəyliy ili" elan olunması dünyada gedən proseslərin fonunda çox aktual və vacib məsələdir. Baş verən proseslər deməyə imkan verir ki, islam ölkələrinə qarşı islamafobiya və səlib yürüşləri fikirləri mövcuddur. Buna görə də müasir dövrdə islam ölkələrinin həmrəy olması daha vacib amildir. Bunun timsalında bu ilin "İslam Həmrəyliyi ili" elan olunması tam yerinə düşüb.
.jpg)
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev öz növbəsində bildirib ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, dini həmrəylik proseslərində öndə getməyə qadirdir. Avropanın Türkiyə dövlətinə qarşı olan münasibəti və atdığı addımlar türk və müsəlman dünyasını narahat edir.
O qeyd edib ki, bu addım xristian klubunun türk millətinə, islam dünyasına qarşı yaratdığı islamofobiyadır. Bu insanlar Avropa parlamentində təxribat yönümlü fikirlər səsləndirir və islam ölkələrinə qarşı aqresiya yaradırlar. İslam dinini əmin-amanlıq yaradan din kimi müasir dünyada təqdim etməliyik. Bütün dünyaya göstərməliyik ki, İslam dini sülh, barış dinidir. İslam dininin bəşəriyyətə verdiyi töhfələrdən, dünyada elm sahələrində əldə olunan uğurlardan söz açılmalıdır. Bu səbəbdən dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olması, həmrəyliyin gücləndirilməsi labüddür. Hazırda İslam dini bəzi dairələrin əllərində alətə çevrilib və onlar dindən öz məkrli niyyətlərini yerinə yetirmək üçün istifadə edirlər. Müasir dünyada baş verən təhdidlərin qarşısının alınması qarşımızda duran əsas vəzifələrdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB