Azərbaycan– Astara (İran) dəmir yolu xəttinin tikintisi və təkmilləşdirilməsi də iqtisadi əlaqələrin inkişafı üçün yaxşı başlanğıcdır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, bu dəmir yolu iki müsəlman və qonşu ölkə olan İran və Azərbaycanın vətəndaşlarının da rifahını artıracaq. Astara –Rəşt dəmir yolunun tikintisi sürətlə aparılır və bu layihənin icrası ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Birinci olaraq qeyd etmək istəyirəm ki, bu nəqliyyat maşrutunun istifadəyə verilməsindən sonra Bakıdan Naxçıvana birbaşa dəmir yolu açılacaq və vətəndaşlarımızın Naxçıvana getməklə bağlı qarşılaşdığı bütün çətinliklər geridə qalacaqdır. İkincisi isə İrandan və Asiya ölkələrindən Rusiya və Avropaya və əks istiqamətdə göndəriləcək yüklər Azərbaycan üzərindən həyata keçiriləcək. Çünki bu nəqliyyat dəhlizi vaxtın və xərclərin qənaətinə görə mövcud nəqliyyat dəhlizlərindən daha səmərəlidir. Ona görə də bu nəqliyyat maşrurutundan istifadə edənlərin sayı daha artacaq. Beləliklə ölkəmizdən keçən hər bir tranzit yük dövlət büdcəmizə gələcək əlavə gəlirdir. Üçüncüsü isə Azərbaycana gələcək yüklər də bir başa son ünvanına dəmir yolu vasitəsilə gəlməyinə imkan verəcək və bu da yük gətirənlər üçün iqtisadi cəhətdən sərfəli olacaq və yükdaşımaların sayı artacaq. Qeyd etmək istəyirəm ki, Astara –Rəşt dəmir yolu layihəsi Azərbaycan-İran arasında iqtisadi əlaqələrin inkişafına yeni bir təkan verəcək. Bu dəmiryolu hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir.
"Azərbaycan dövlətinin iqtisadi siyasətinin tərkibində ölkəmizin tranzit imkanlarından maksimum istifadə etməklə dövlət büdcəsinə gəlirlər gətirmək əsas yer tutur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə buna ölkəmizin yerləşdiyi coğrafi mövqe tam şəkildə imkan verir: "Azərbaycan Qərb ilə Şərqin və Avropa ilə Asiyanın birləşdiyi bir məkanda yerləşir. Ona görə də qitələr arası nəqliyyat mübadiləsi üçün ən sərfəli yol Azərbaycandan keçir. Ölkə başçısı Cənub-Şimal, Qərb –Şərq nəqliyyat dəhlizlərinin inşasının başa çatdırılmasına tapşırıq verib. Ələt beynəlxalq ticarət yük limanı artıq istifadəyə verilib. Bakı - Tiblisi - Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir. Bu dəmiryolunu başa çatması enerji resurslarının tranzit ixracına imkan verəcək. TANAP-TAP layihəsində son tamamlama işləri aparılmaqdadır. İranı Azərbaycanla birləşdirən dəmir yol körpüsü tikilib istifadəyə verilib.
Astara Rəşt dəmir yolunun tikintisi sürətlə icra olunur. Bütün bu layihələr icra olunub qurtarandan sonra Azərbaycanın regionda və dünyada rolu daha da artacaq və ölkəmizin siyasi –iqtisadi təhlükəsizliyi üçün vacib amil olacaqdır. Çünki Azərbaycan qitələri bir-birilə birləşdirir və ölkəmizdə sabitliyin olması bu tranzit imkanlarımızdan istifadə edən ölkələri üçün daha vacibdir. Yol nəqliyyatına qoyulan vəsait əlavə xərc aparmadan uzun müddət xalqa xidmət edəcək və dövlət büdcəsinə böyük gəlirlər gətirəcək. Həm də ölkəmizdə turizimin inkişafına, yəni Avropadan və Asiyadan bir başa marşrutlarla turistlərin gəlməsinə rahat imkan yaradacaqdır. Ümumiyyətlə götürüləndə qeyd etdiyim tranzit layihələrin icrası Azərbaycanın regionda rolunu artıracaq və dövlət büdcəmizə böyük gəlirlər gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB