"Banklarda kredit faizləri aşağı salınmalıdır"

"Banklarda kredit faizləri aşağı salınmalıdır"

"Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin qəbulu vacibdir, ən azından əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə

çıxışının asanlaşdırılması onun qəbulunun vacibliyini ortaya qoyur". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü komitənin bu gün keçirilən iclasında sözügedən qanun layihəsi II oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, qanun layihəsi qəbul olunacağı halda, onun gələcəkdə işləməsi ölkədə iqtisadi fəallığın artırılması lazımdır: "İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır".

Qanun layihəsində bir sıra "ünvansız maddələr"in olduğunu deyən deputat bunun düzgün olmadığını dilə gətirib.

Ə. Məsimli qanun layihəsində "gün" məsələsinə də toxunaraq burada dəqiqliyin, konkretliyin olmasını vacib sayıb:

Çıxışı zamanı bankard kreditlərin yüksək faizlə verildiyini deyən Ə. Məsimli bildirib ki, bucür fazilə biznes qurmaqdan söhbət gedə bilməz: "Banklarda kreditlərə qoyulan fazilər hələ də çox yüksəkdir. Axı, 28-30 faizlə iş görmək, biznes qurmaq olarmı? Artıq bu məsələyə son qoyulmalı, kredit faizləri yumşaldılmalı və ya aşağı salınmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə