Valyuta dəyişmək üçün lisenziya və rüsum tələb olunacaq

Valyuta dəyişmək üçün lisenziya və rüsum tələb olunacaq

Bu gün Milli Məclisin plenar iclasında "Valyuta tənzimi haqqında" qanun layihəsinə əlavələr müzakirə edilib. SİA-nın xəbərinə görə. layihə haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Dövlət rüsumu haqqında" qanunun 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir.

Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə