"Məşhur brend mallarını sərfəli qiymətə ala biləcəksiniz"

"Məşhur brend mallarını sərfəli qiymətə ala biləcəksiniz"

Paytaxtımızda dünyanın məşhur brendlərini təklif edən mağazalarında Festival güzəştlərini qaçırmayın. Bakı Şopinq Festivalının iştirakçısı olan "Dolce&Gabbana", "Gucci", "Valention", "Mango", "Next", "Celio" və "TOD’S" mağazalarında alış-veriş etməklə, keyfiyyəti ilə bütün dünyada məşhur olan brend malları çox sərfəli qiymətə ala biləcəksiniz. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Konqreslər Bürosundan bildirilib ki, turistlər və Azərbaycan vətəndaşları festival müddətində Dolce&Gabbana", "Gucci", "Valention", "Mango", "Next", "Celio" və "TOD’S" brend mağazasında alış-veriş etməklə sərfəli təkliflər alacaqlar. Belə ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan bu mağazalarda seçilmiş mallara 30 faizədək güzəştlər təklif ediləcək. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, alıcılar xərclədikləri məbləğin əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Bakı Şopinq Festivalı alıcıları "Baku Shopping Festival – Tax Free" loqosu olan həmin mağazalarda alış-veriş etməklə, öz büdcələrinə qənaət etməyə dəvət edir. Bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV-ni geri almaq istəyirsinizsə Bakı Şopinq Festivalı boyu Dolce & Gabbana", "Gucci", "Valention", "Mango", "Next", "Celio" və "TOD’S" kimi mağazalarda alış-veriş etməyə tələsin.

Bütün xəbərlər Facebook səhifəmizdə