Fransada keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, mərkəz sağ partiyası Yürüş Hərəkatının lideri Emmanuel Macron və ifrat millətçi Milli Cəbhə Partiyasının lideri Marina Le Pen digər namizədlərdən daha çox səs toplayaraq ikinci tura qalıblar.
Bu xəbərdən sonra avronun dollar qarşısında dəyəri kəskin yüksəlib. İlkin nəticədən sonra dollar qarşısında 2% bahalaşaraq 5 ayın zirvəsini görən avro 1.0918 səviyyəsini test edib. İnvestorlar Macronun ikinci tura qalmasını rəqabətin Le Pen və Jean-Luc Melenchon arasında qala biləcəyi ssenari ilə müqayisədə müsbət qarşılayır. Aparılmış sorğuya görə, Yürüş Hərəkatının lideri Emmanuel Macron ikinci turda seçicilərin 62%-nn səsini yığaraq Fransanın növbəti prezidenti ola bilər. Deutsche Bank AG-nin makro strateqi Sebastyan Galy bunu "Bu, bazarın ümidsiz halda axtardığı mükəmməl ssenari idi" şəklində bildirib.
Le Pen Prezident seçiləcəyi təqdirdə Fransanın Avropa Birliyindən çıxmasını gündəmə gətirəcəyini bəyan edib. Bu da ortaq pul vahidi avro üzərində təzyiq yaradırdı. Hətta Fransanın Birlikdən çıxmasının digər ölkələrin də çıxışına təkan verəcəyi və avro sisteminin çökəcəyi barədə proqnozlar verilirdi.
Seçkinin ilk turunda Yürüş Hərəkatının lideri Emmanuel Macron səslərin 23,7%-ni toplayaraq ikinci tura qatılacaq ilk namizəd olub. Le Pen də 21,7%-lik səs nisbəti ilə ikinci olub. Mərkəz sağdakı Respublikaçılar Partiyasının namizədi Fransua Fillon və ifrat solçu namizəd Jean-Luc Melenchon isə hər biri 19,5% səs yığıblar.
Heç bir namizəd, Prezident seçilmək üçün ilk turda lazım olan 50 faiz səs çoxluğunu yığa bilmədiyindən, ilk turda ilk iki yeri qazanan Macron və Le Pen, 7 Mayda keçiriləcək ikinci tur səsvermədə yarışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB