Bu gün Avropa İttifaqı və DİM –in təşkilatçılığı ilə "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində "Dövlət qulluğunda məlumat bazalarının yaradılması və idarə edilməsi" mövzusunda müzakirələr aparılıb. Bu sözləri SİA – ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, hazırda DİM tərkibində olan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bu sahədə uğurlu təcrübəsi var. Bütün dövlət qulluqçuları haqqında məlumatı özündə cəmləşdirən məlumat bazası formalaşdırılıb.
Ümumiyyətlə, bu qurum İKT-nin tətbiqi, onlayn şəffaflıq məsələlərində həmişə ən irəlidə gedənlərdən olub. Bugünkü toplantıda post sovet məkanına daxil olan ölkələrin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə bu sahədə təcrübə mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB