"Hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir"

Ölkəmizdə fəaliyyət göstərən bəzi informasiya saytları Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, "NAZ-Lifan" avtomobillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranıb. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən "NAZ-Lifan 820" və "Naz-Lifan 620" modellərinin satışı həyata keçirilib.

Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə "NAZ-Lifan" avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə