Azərbaycan kommersiya bankları hərracdan sonra valyuta məzənnəsinə yenidən dəyişiklik edib. SİA-nın araşdırmasına görə, bankların alış-satış qiymətlərində əks tendensiya müşahidə edilir.

Belə ki, "Amrahbank" ABŞ valyutasının alışını ucuzlaşdırıb, satışını bahalaşdırıb : alışı - 1.6650 manatdan 1.6600 manatadək; satışı - 1.6900 manatdan 1.6820 manatadək.

"Günaybank" isə hər ikisini ucuzlaşdırıb: alışı 1.6700 manatdan 1.6670 manatadək, satışı - 1.6880 manatadan 1.6830 manatadək.

"Bank Silk Way" yalnız satış qiymətini 1.5 qəpik ucuzlaşdırıb: 1.7030 manatdan 1.6880 manatadək. "NBC Bank" həmçini dolların satış qiymətini 1.6850 manatadan 1.6890 manatadək bahalaşdırıb.

"Bank of Baku" isə yalnız alışı bahalaşdırıb: 1.6500 manatdan 1.6550 manatadək bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə