Dünya birjalarında neft bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,13% artaraq 53,18, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,05% artaraq 55,89 dollar olub.
Azərbaycan neftinin də qiymətində bahalaşma qeydə alınıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,19 dollar və ya 0,34% artaraq 56,44 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB