Son illər Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə 200-dən çox sənəd imzalanıb.
SİA xəbər verir ki, bu barədə aprelin 13-də "Qazprombank" SC-nin Azərbaycandakı Ticarət Nümayəndəliyinin dəstəyi ilə Bakıda keçirilən biznes-missiyasında Rusiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Oleq Muraşev məlumat verib.
Qeyd olunub ki, Rusiyanın tərəfdaşları arasında Azərbaycan ticarət və iqtisadi əlaqələr sahəsində ikinci, neft sahəsində isə birinci yerdədir. O.Muraşev vurğulayıb ki, bu münasibətlərin əsasında Rusiya və Azərbaycan prezidentlərinin möhkəm dostluq əlaqələri dayanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB