AMB növbəti depozit hərracı elan edib

AMB növbəti depozit hərracı elan edib

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 14-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edib.

SİA-nın verdiyi məlumata görə, AMB 250 milyon manat cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, depozitlərin müddəti 14 gün, faiz dərəcəsi 12,01%-14,99% təşkil edir. Bank aprelin 10-da keçirilən son depozit hərracında 200 milyon manat cəlb etməyi hədəfləmişdi.

Ancaq həmin gün depozitlərə tələb 353,5 milyon manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə