Vüqar Bayramov: "Azərbaycanda ixracat 50% artdı"

Vüqar Bayramov: "Azərbaycanda ixracat 50% artdı"

Bu ilin birinci rübü Azərbaycan iqtisadiyyatı üçün stabil eyni zamanda əsas makro iqtisadi göstəricilər üçün artım kimi yadda qaldı. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qeyri-neft sektorunda 2,4% artım, qeyri-neft sənayesində 2% artım qeydə alındı, Azərbaycanda ixrac 50% artdı: "Bir sözlə, qeyri-neft sektorunun ixracatında artımlar müşahidə edildi. Buna uyğun olaraq, investisya qoyuluşlarında artımlar qeydə alındı. Azərbaycanın idxalında 17 % azalma qeydə alınması nəzərdə tutulmuş addım idi. İdxalın azalması valyutanın ölkədə qalması və idxalın əvəzlənməsi baxımından vacibdir. 2017 ci ilin birinci rübündə iqtisadi stabillik olmasını nəzərə alan hökumət, 2018 ci ildə isə sürətli iqtisadi artımın bərpa edilməsini hədəfləyir və bu üzrə istiqamətlər müəyyənləşdirir".

Vüqar Bayramov daha sonra qeyd edib ki, sahibkarların güzəştlər əldə etməsinə imkan yaradılması və ixracı müəyyənləşdirmək üçün subsidiyalar çox önəmli idi: "Subsidiyalar əldə edən sahibkarlar gəlir və mənfəət vergisindən güzəşt əldə etdilər. Həmçinin, ixracla məşğul olan sahibkarlar üçün 3-5 faiz subsidiyalar istifadə etmək imkanı qazandılar. İxracatın stimullaşdırılması baxımından bu vacib amil idi. İqtisadiyyatın stabilliyinin formalaşdırılması növbəti illərdə inkişafa zəmin yaradır. 2016 cı ildə 3,8 % neqativ iqtisadi artımın olduğunu nəzər alsaq, bu il iqtisadi artıma nail ola bildik. Bu isə iqtisadi hədəflərin formalaşdırılmasına gətirib çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə