Eldəniz Səlimov: “Aqrar sahə sürətlə inkişaf edir”

Eldəniz Səlimov: “Aqrar sahə sürətlə inkişaf edir”

İstehsal olunan məhsulların ixracı ilə əlaqədar Azərbaycan brendini dünyada təbliğ etmək, ticarət evlərinin yaradılmasının sürətləndirilməsi bir vəzifə olaraq qarşıya qoyulub. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, böyük aqrar zonaların, iri fermer təsərrüfatının yaradılması işi davam etdirilməklə bu sahəyə nəzarət gücləndirilib, müxtəlif zonalarda aqroparkların yaradılması prosesinə start verilib: "Ölkə başçısının qeyri neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizin kənd təsərrüfatı rayonlarında böyük aqrar zonaların, iri fermər təsərrüfatların yaradılması işi davam etdirilir. 2016-cı ildə cənab Prezidentimiz tərəfindən açılışı edilmiş 523 hektar ərazidə salınan Yalama Aqroparkının yaradılmasının birinci mərhələsi başa çatıb. Layihənin birinci mərhələsinə uyğun olaraq 1000 başı sağmal mal olmaqla 3000 başlı cins iri buynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Müqtədir qəsəbəsində dövlət ehtiyat fondunun torpaqları icarəyə götürülərək 957 hektar müasir suvarma sisteminə malik iri taxılçılıq təsərrüfatı yaradılacaq. Bu layihələr tam gücü ilə işə düşdükdə 300 nəfər iş yeri yaradılması nəzərdə tutulur".

Eldəniz Səlimov qeyd edib ki, son illər Azərbaycanda təsərrüfatla məşğul olan insanların, torpağa bağlılığının artması ölkə başçısının bu sahəyə göstərdiyi diqqətin və qayğının nəticəsidir: "Bu gün regionlarda əkilmiyən torpaqların dövriyyəyə qaytarılması prosesi sürətlənməkdədir. Yaxın gələcəkdə dövlətin dəstəyi ilə ölkəmiz öz əhalisini kənd təsərrüfatı və sənaye nəhsulları ilə tam təmin edəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə