Əli Əhmədov: “Bank sektorunda ciddi addımlar atılır” MÖVQE - SƏS TV
"İnsanları narahat edən yüksək kredit faizləri ilə bağlı Azərbaycan hökumətinin ciddi çalışmaları var". SİA-nın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin hökumətin iclasında bildirdiyi kimi bank sektorunda olan yarıtmaz hallar ölkə iqtisadiyyatına böyük zərbə vurub: "Bu, reallıqdır. Amma Prezidentin təşəbbüsü və tapşırığı ilə bank sektorunda sağlamlaşdırılma istiqamətində ciddi addımlar atılır. Təbii ki, kredit sahəsində olan prblemlər də obyektiv şəkilə araşdırılıb öz həllini tapmalıdır. Banklar iqtisadiyyatın inkişafının damar sistemidir. Bankların səmərəli şəkildə fəaliyyət göstərməsinə çalışmalıyıq və buna nail olmalıyıq. Bank fəaliyyətini sağlamlaşdırmadan iqtisadiyyatın inkişafına nail olmaq mümkün deyil. Az faizli kreditlər olmadan sahibkarlığın inkişafına da ciddi dəstək vermək mümkün deyil. Bütün bunlar hamısı hökuməti ciddi şəkildə düşündürür. Obyektiv çətinliklər var, bununla bağlı ən düzgün qiyməti Prezident verib. Bu istiqamətdə çox ciddi addımlar atılır və güman edirəm ki, yaxın zamanlarda maliyyə-kredit sahəsində ciddi sağlamlaşdırmanı həyata keçirə biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB