"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir. Nazirlikdən SİA-ya verilən məlumata görə, QHT-lər illik maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir.
Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT-lər www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarını təqdim edə bilərlər.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB