“Azərbaycanlılar Truskavetsdə istirahət edənlər arasında birinci yerdədir”

“Azərbaycanlılar Truskavetsdə istirahət edənlər arasında birinci yerdədir”

Azərbaycanlılar Ukraynanın Truskavets şəhərinə səyahət edən əcnəbilər arasında birinci yerdədir. SİA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Truskavets şəhərinin meri Andrey Kulçinskiy deyib. Onun sözlərinə görə, ötən il ərzində 7 min azərbaycanlı bu şəhərdə istirahət edib. Mer vurğulayıb ki, əvvəlki illə müqayisədə artım iki dəfə çoxdur: "Bu tendensiya davam edir. Biz azərbaycanlı qonaqları çox sevirik. Azərbaycanlılara yüksək xidmət göstərilir".

A. Kulçinskiy bildirib ki, ötən il şəhərə ümumilikdə 210 min turist gəlib və bu, 2015-ci ilin göstəricisindən 30 min çoxdur. Son bir neçə ayda dörd dəfə Azərbaycanda olan A. Kulçinskiy Truskavetsdə istirahət edənlərin 25 faizinin azərbaycanlılar olduğunu əlavə edib. O deyib ki, Truskavets Ukraynanın qərbində yerləşir və ərazidə tam təhlükəsiz şərait var.

"Karpat" kurort sanatoriyasının rəhbəri Lev Qritsak isə vurğulayıb ki, qonaqlar və turistlərin rahatlığı üçün kurortda qiymət və keyfiyyət münasibdir. Onun sözlərinə görə, paket qiymətinə baza müalicə - tam reabilitasiya kursu daxildir. Kurortda müntəzəm olaraq Azərbaycan mətbəxi günləri də keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə