Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) faiz artırmaq üçün baxdığı mühüm bir göstərici - kənd təsərrüfatı xaric məşğulluq məlumatı açıqlanacaqdır. Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq mart ayı məşğulluq göstəricisinin 180 min olacağı gözlənilir. Qeyd edək ki, yanvarda qeyri-kənd təsərrüfatında məşğulluq 235 min artıb.
Eyni zamanda, mart ayında ABŞ-da işsizlik nisbətinin 4,7%-də qalacağı, orta saatlıq maaşların 0,2% artacağı gözlənir. Fevral ayında ABŞ-da işsizlik 4,7% olub, orta saatlıq maaşların artımı isə 0,2% təşkil edib.
Əgər açıqlanacaq faktlar proqnozlardan yüksək çıxarsa, dolların bahalaşacağı və FED-in daha çox faiz artıracağı ehtimalının daha da güclənəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB