“Excelsior Hotel & Spa Baku” oteli mətbuatda işıqlanan məlumatların sayına görə birincidir

“Excelsior Hotel & Spa Baku” oteli mətbuatda işıqlanan məlumatların sayına görə birincidir

"Media Consulting & Services" şirkəti 2017-ci ilin mart ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb. Şirkətin apardığı araşdırmalara əsasən "Excelsior Hotel & Spa Baku" oteli mart ayında mətbuatda haqqında işıqlandırılan məlumatların sayına görə birinci yerə çıxıb. Mart ayında "Excelsior Hotel & Spa Baku" otelinin fəaliyyəti ilə bağlı mətbuatda 153 məlumat yayılıb.

"Media Consulting & Services" şirkəti 10 televiziya, 35 çap və 170 onlayn media daxil olmaqla 215-dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayır

"Excelsior Hotel & Spa Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel & Spa Baku" oteli 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, "Aura" sağlamlıq mərkəzindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə