Tanap bu il sınaq işlərinə start verəcək

Ümumiyyətlə, Cənub Qaz Dəhlizi layihəsinə daxil olan 3 boru kəmərini şirkətlər elə tikirlər ki, onlar istehsalçı ilə uzlaşsın. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, qaz layihəsinin bir özəlliyi var ki, o neftdən fərqlənir: "Bu da ondan ibarətdir ki, hasilat, infrastruktur və marketinq layihələri tam bir-biri ilə uzlaşmalıdır. Bu 3 seqmentdən biri-birindən fərqlənsə onda hər hansı layihənin vaxtından əvvəl istifadəyə verilməsinin heç bir əhəmiyyəti yoxdur. Məsələn, tutaq ki, TANAP-ı gecə-gündüz tikirlər və 2017-ci ilin noyabrın ayında təhvil verirlər. Bunun heç bir mənası yoxdur. Yəni boş kəmərin tikilib Türkiyədə qalmasının heç bir kommersiya əhəmiyyəti daşımır".

İlham Şaban qeyd edib ki, "Şahdəniz-2" də hasilat 2018-ci ilin yay aylarında başlayacaq. Ancaq o zamana kimi boru kəməri sınaqdan keçirilib, test edilib ilk qazı qəbul etməyə hər an hazır olmalıdır: "Bu kimi layihələr əsasən vaxtında təhvil verilir. Çünki layihənin tez başa çatması və ya gecikməsi bir sıra problemlərə gətirib çıxara bilər. Çünki həmin qazı alan ölkələr Şahdəniz-dən qaz hasil etməyə hazır olmalı, borular da işlək vəziyyətdə olmalı və bu zaman lazımi miqdarda qazın alıcısı olmalıdır. Ona görə də qaz layihələri mürəkkəb layihələrdir və müxtəlif prosedurların bir-biri ilə birləşdirilməsini təmin edəndən sonra həyata keçirilməsi tamam olan bir prosedir. Ümumilikdə qrafik üzrə iş planına görə, Cənub Qafqaz boru kəməri və TANAP bu il tikintiləri 100% tamamlanacaq və sınaq işlərinə start veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə